Çin xarici hökumət qonaqlarına xərclənən vəsaitləri azaltdı

Çin xarici hökumət qonaqlarına xərclənən vəsaitləri azaltdı

Qəbul edilmiş yeni qaydalara görə, Çin hökuməti xarici hökumət qonaqlarına, eləcə də bu ölkəyə səfər edən dövlət başçılarına xərclənən vəsaitləri azaldıb. SİA İtar-Tass-a istinadən edərək xəbər verir ki, yeni qaydaya görə, həmin xərclər gündəlik olaraq 100 ABŞ dolları həddini keçməməlidir.

"Dövlət başçıları və hökumət nümayəndələrinə xərclənən vəsaitlər gün ərzinfə 600 yuanı (100 ABŞ dolları) üstələməməli, onların müavinlərinə isə sutka ərzində 550 yuan xərclənməlidir"-deyə qəbul edilmiş yeni qərarda qeyd olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə