Bosniya və Hersoqovinanın 20 şəhərində antihökumət nümayişlərində ən azı 200 nəfər insanın xəsarət aldığı bildirilir. SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzetinin veb-saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu ərəfədə minlərlə mümayişçi paytaxt Sarayevonn küçələrinə çıxaraq asayiş keşikçilərini daş-qalaq ediblər. Etirazçılar prezident sarayını və mərkəzdə yetləşən binaları, avtomobilləri yandırıblar. Polis gücləri isə öz növbəsində gözyaşardıcı qazdan, bratndspoytlardan və rezin güllələrdən istifadə edib. Xəbərdə eyni zamanda bildirilir ki, manifestantlar ölkənin üç böyük şəhərində – Sarayevoda, Tuzlada və Zenitsedə hökumət müəssisələrini yandırıblar. "5 minə yaxın nümayişçi Tuzlada yerli administrasiya binasına daxil olaraq bina daxilində olan kompüter texnikalarını, mebelləeri qarət ediblər", - deyə "The Guardian" yazır.
Xatırladaq ki, etirazlar artıq beşinci gündür ki, davam edir və hökumətin iqtisadi siyasətinin düzgün qurulmaması səbəb kimi göstərilir. Belə ki, əhalinin böyük əksəriyyətinin çalışdığı dövlət zavodları, müəssisələri hökumətin qərarı ilə fəaliyyətini dayandırıb və minlərlə insan işsizq qalıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB