Bosniyanın Tuzla şəhərində dövlət işçiləri tərəfindən başladılan etiraz aksiyalarının üçüncü günündə vəziyyət daha ağır olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, od vurulan hökumət binası söndürülüb. Dövlət arxivinin bir hissəsi isə tamamilə yanıb.
Paytaxt Sarayevo daxil olmaqla Tuzla, Zenitsa, Bihaç, Banya Luka, Mostar kimi ölkənin digər şəhərlərində vəziyyətin sakitləşməyə başladığı bildirilib.
Rəsmilər Sarayevoda dünən baş verən hadisələrdə 60-ı polis əməkdaşı olmaqla 93 nəfərin xəsərat aldığını və yaralıların müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildiriblər.
Etiraz aksiyalarının üçüncü günündə Zenitsa Doboy bölgəsinin kabineti ilə baş nazir Munib Huseynagiç istefa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB