Bu gün Soçidə Qış Olimpiya oyunlarının açılışı olacaq

Bu gün Soçidə Qış Olimpiya oyunlarının açılışı olacaq

Bu gün Soçidə XXII Qış Olimpiya oyunlarının açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, mərasim Bakı vaxtilə saat 20.14-də başlayacaq. Oyunlarda 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq.

Olimpiya oyunları ilə bağlı açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Soçiyə 60-dək dövlət rəhbəri səfər edəcək və açılış mərasimində 44 dövlət başçısı iştirak edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak edəcəklər.

Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, Olimpiada fevralın 23-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə