Avropada “dünyanın sonu”dur

Avropanın Atlantik okeanı sahillərində güclü qasırğa tüğyan edir. Böyük Britaniyanın Devon qraflığında su dəmir yol xəttini yuyub sıradan çıxarıb. Yolun bərpasının bir neçə həftədən tez mümkün olmayacağı bildirilir. Güclü külək və qırılmış ağaclar on minlərlə insanı işıqsız qoyub. Yerli sakinlər bu qasırğanın zəlzələyə bənzədiyini və onlara "dünyanın sonu"nu xatırlatdığını bildiriblər.
Atlantik okeanının İspaniya sahillərində hündürlüyü 13 metrə çatan dalğalar müşahidə olunur. Basklar ölkəsinin sahillərində küləyin iki hissəyə böldüyü yük gəmilərindən birinin heyəti helikopter vasitəsi ilə xilas edilib. Qasırğanın sürəti saatda 140 kilometrə çatır. Ölkənin 26 əyalətində qasırğa xəbərdarlığı elan olunub.
Atlantik okeanının Fransa sahillərində, əsasən də Bretan əyalətində isə qasırğanın sürəti saatda 156 kilometri keçir. Burda 25 min ev işıqsız qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə