UNESCO: “Qanunsuz qazıntılar Suriyanın mədəni irsinə böyük təhlükə yaradır”
Münaqişə içində olan Suriyada aparılan qanunsuz arxeoloji qazıntılar ölkənin mədəni irsinə ciddi təhlükə yaradır. "Assoşieytid Press" agentliyi bunu UNESCO-nun baş katibinin köməkçisi Françesko Bandarenə istinadla xəbər verir.
F.Bandarenin sözlərinə görə, qanunsuz qazıntılar Mari, Ebla, Palmira və Alameya kimi qədim şəhərlərdə aparılır.
UNESCO-nun nümayəndəsi deyib: "Bu şəhərlərin hamısı bu fenomenə (qanunsuz qazıntılara) məruz qalmışdır. Bəzi şəhərlərdə qazıntılar çox böyük miqyas almışdır. Alameya şəhəri tamamilə dağıdılmışdır."
Diplomat bildirib ki, oğurlanmış artefaktlar sonradan başqa ölkələrdə və ya beynəlxalq bazarda satılmaq üçün gizli yolla Suriyadan çıxarılır. Bununla əlaqədar olaraq, UNESCO qaçaqmalçılıqla mübarizə aparmaq məqsədi ilə qonşu ölkələrin polisləri və gömrük işçiləri üçün xüsusi treninqlər keçirir. Lakin buna baxmayaraq, cinayətkarlar oğurlanmış əşyaların böyük hissəsini maneəsiz apara bilirlər.
Bununla əlaqədar, UNESCO bir neçə aydan sonra Suriyanın mədəni irsinin qorunması məqsədi daşıyan yeni proqramı işə salmağı planlaşdırır.
Beyrutda UNESCO-nun bu fəaliyyəti əlaqələndirən ofisi açılacaq. F.Bandaren bildirib ki, Avropa İttifaqı bu məqsədlərin həyata keçirilməsi üçün təşkilata 2,5 milyon avro ayırıb.
2011-ci ildə Suriyada münaqişə başlanandan sonra UNESCO ölkənin mədəni irsinin mühafizəsi məsələsini müntəzəm şəkildə qaldırır. Ötən il UNESCO Suriyanın bütün altı Dünya İrsi abidəsini təhlükə altında olan obyektlərin siyahısına salıb.
Bu siyahıya Dəməşqdəki qədim şəhər, Allepodakı qədim şəhər, Palmiranın arxeoloji abidələri, Bəsrədəki qədim şəhər, Qospitalyerlərin Krak-de-Şevalye qəsri və Kaltat-Salah-ad-Din qəsri (Salahaddin qalası) və Şimali Suriyanın Qədim Kəndləri daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB