İraqda bir-birinin ardınca iki partlayış olub

İraqda bir-birinin ardınca iki partlayış olub

İraqdakı son partlayışlarda 17 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, paytaxt Bağdadda eyni zamanda iki partlayış baş verib. Təhlükəsizlik qüvvələri qaynaqlarından verilən xəbərlərdə Yaşıl Bölgənin girişinə yaxın bir ərazidə bomba yerləşdirilmiş avtomobilin partladıldığı bildirilir. Bu partlayışla eyni vaxtda şəhər mərkəzindəki restoranlardan birində aksiyaçı üzərində bombanı partladıb.

Hücumlar nəticəsində 17 nəfərin öldüyü, 27-nin isə yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə