Suriyada 27 uşaq öldürülüb

Suriya İnsan Haqları Təşkilatı ölkənin ordusuna aid helikopterlərin Hələb şəhərindəki müxalifətin nəzarətində olan bölgələri barrel bombası ilə bombaladığını bildirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hücumlar nəticəsində aralarında qadın və uşaqların da olduğu 27 nəfər ölüb.

Bombardman zamanı çox sayda evlərin uçduğu bir çox nəqliyyat vasitələri və avtomobil yollarının isə yararsız hala düşdüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə