Obama hakimiyyətinə dəstək verilib

Obama hakimiyyətinə dəstək verilib

Amerikalı siyasətçilərindən İran məsələsi ilə bağlı Obama hakimiyyətinə dəstək verilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, demokrat deputatlar Amerika prezidenti Barak Obamaya göndərdikləri məktubda İran ilə nüvə müzakirələrini davam etdirməsini istəyiblər.

Siyasətçilər Tehrana qarşı hər hansı bir əlavə embarqonun görüşlərə mənfi təsir edəcəyini bildiriblər. Yeri gəlmişkən, Senatda İrana qarşı əlavə sərt embarqolardan ibarət qanun layihəsi də hazırlanıb.

Respublikaçı konqresmenlərin fəallıq göstərdiyi bu qanun layihəsinin müzakirəsi üçün 59 senator sənədi imzalayıb.

Ağ Ev isə İrana qarşı yeni sanksiyalara qarşı çıxır.

Xatırladaq ki, prezident Obama daha öncə Tehran hakimiyyətinə qarşı Konqresdən keçəcək bir embarqo qanununu veto edəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə