Avtomobillərin Türkiyə sərhəddindən keçməsinə icazə verilməyib

Avtomobillərin Türkiyə sərhəddindən keçməsinə icazə verilməyib

Suriya humanitar yardım avtomobillərinin Türkiyə sərhəddindən keçməsinə icazə verməyib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, BMT-nin Cenevrədəki ofisində təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Təşkilatın Humanitar işləri üzrə nümayəndəsi Laerke bildirib ki, çoxlu sayda yardıma möhtac insanın yaşadığı Suriyanın şimalına Türkiyə sərhəd məntəqəsini keçərək yardım çatdırılması üçün uzun müddətdir Suriya hökumətindən icazə istəyirik.

İndiyədək Suriya hökumətinin Türkiyə sərhədindən keçməsinə icazə vermədiyini dilə gətirən nümayəndə, Suriya hökumətinin icazəsi olmadan sərhəddi keçə bilməyəcəklərini, Türkiyə sərhəddindən keçə biləcəkləri təqdirdə isə humanitar yardımın çatdırılmasının onlar üçün daha asan olacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə