Baş nazir Almaniyada səfərdədir

Baş nazir Almaniyada səfərdədir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edib. SİA-nın Türkiyə mətbuatına istinadən Ərdoğanın rəsmi proqramı bu gün başlayacaq. Baş nazir ötən gün Berlində coşqu ilə qarşılanıb. Onu qarşılayanlar arasında suriyalılarla yanaşı misirli və fələstinlilər də olub.

Baş nazir Ərdoğan qaldığı oteldə bir sıra görüşlər keçirib. Almaniyadakı Türk icmasının nümayəndələrilə bir araya gələn Ərdoğana problemlərini çatdıran nümayəndələr görüşdən məmnun ayrılıblar.

Baş nazir bu gün də Alman Xarici Siyasət İnstitutunda, "XXI Əsrdə Türkiyə, Avropa və Dünya" mövzusunda çıxış edəcək, daha sonra bu ölkənin kansleri Angela Merkel ilə bir araya gələcək. Baş nazir, Merkeldən Türkiyənin Avropa İttifaqına üzvlüyünə dəstək istəyəcək, bundan əlavə Suriya məsələsinə toxunaraq Cenevrə-2 prosesinin ardından atılması lazım olan addımları Merkelə şərh edəcək. Ərdoğan, Almaniyada yaşayan soydaşların problemlərini də Merkelə çatdıracaq.

Birgə keçirilən mətbuat konfransından sonra Baş nazir, xarici işlər naziri Ştaynmayeri və Merkelin köməkçisi, Federal iqtisadiyyat və enerji naziri Qabrieli qəbul edəcək.

Baş nazirin qatılacağı Avropalı Demokratlar Birliyi tərəfindən təşkil ediləcək toplantıda isə qürbətçilər dərdlərini dilə gətirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə