Hava şəraitinin kəskin pisləşməsi nəticəsində Serbiyanın bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub. Qar fırtınasından zərər çəkmiş 100-dən çox insanı xilas etmək üçün həmin bölgələrə texnika və canlı qüvvə göndərilib. Aidiyyəti orqanlar bir sıra magistral avtomobil yollarının qar uçqunu altında qaldığını bildirirlər. Təhlükəli ərazilərdən yüzlərlə insan evakuasiya olunub.
Paytaxt Belqradda avtomobillərində köməksiz qalmış 20-dən çox insana hərbi helikopterlərlə yardım göstərilib. Sinoptiklərin məlumatına görə, kəskin hava şəraiti bir müddət davam edəcək.
İtaliyanın da bəzi bölgələri təbii fəlakətdən əziyyət çəkir. Güclü yağış nəticəsində əsasən Pizada, Venesiyada və Florensiyada sel müşahidə olunub. Arno çayının suyunun səviyyəsinin qalxması nəticəsində Pizada yüzlərlə insan evlərindən evakuasiya edilib.
Arno çayında son 20 ildə ilk dəfədir ki, suyun səviyyəsi təhlükəli həddə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB