Bir neçə gün ərzində Kiyevdə 20-dən artıq avtomobil yandırılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, ötən gecə Kiyev milisi 26 yaşlı Gürcüstan vətəndaşını avtomobilə od vurmaq istəyərkən cinayət üzərində yaxalayıb.
Avtomobillərə od vurmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı istintaqa ifadəsində bildirib ki, ona bu "işi" həmkarlar evini zəbt edən müxalifətçilər tapıb. Belə ki, o, Kiyevdə iş axtardığını deyib və tanımadığı bir şəxs onu həmkarlar ittifaqı evinə aparıb. Orada isə maskalı müxalifət təmsilçiləri görəcəyi iş müqabilində ona nəqd olaraq 600 qrivna ödəməklə, benzinlə dolu şüşələri verib.
Ukrayna DİN-dən isə bildirilib ki, milis əməkdaşları yandırılan avtomobillərdən birinin sahibəsi müxalifətçilərə hökm çıxaran hakimin yaxın qohumudur.
Xatırıladaq ki, Ukraynada mitinqlər ötən ilin noyabrından başlayıb. Yanvarın 19-da isə radikal müxalifət qruplaşmaları ilə hüquq mühafizəçiləri arasında qarşıdurma yaşanıb. Nəticədə 3 nəfər həlak olub. Yanvarin 28-də isə prezident Yanukoviç baş nazirin, eləcə də Nazirlər Kabineti üzvlərinin istefa ərizələrini qəbul edib. Lakin müxalifətçilər növbədən kənar seçkilərin keçirilməsini əsas tələb kimi saxlamaqdadırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB