Suriyada qətliyam davam edir 169 ölü

Suriyada qətliyam davam edir 169 ölü

Ötən gün Suriyada Əsəd rejimi ilə müxaliflər arasında yaşanan qarşıdurmalarda 11-i uşaq, 9-u qadın olmaqla 169 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı (SNHR) məlumat yayıb.

Məlumata əsasən, rejimin müxaliflərə qarşı hərbi hava qüvvələrindən və quru qoşunlarından açdığı atəş nəticəsində Hələbdə 105, paytaxt Dəməşqdə 35, Həmada 11, Derada 8, Kuneytrada 4, Deyruz Zorda və Həmasda 4, İdlib və Lazkiyedə 2 nəfər olmaqla 169 suriyalı həyatını itirib. Onlardan 24-ü Əsəd qüvvələrinin işgəncələri nəticəsində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə