Robinzon Kruzo gerçək oldu Belə sevgi görməmisiniz

Robinzon Kruzo gerçək oldu Belə sevgi görməmisiniz

Jose İvan okeanda 16 ay müddətində tısbağa qanı içərək həyatda qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, saç və saqqalı xeyli uzanan, İspanca danışan İvan Böyük Okeanın Ebon Atoll adasında bölgə əhalisi tərəfindən tapılıb.

Tısbağa, quş əti və tutduğu balıqları yeyərək həyatda qaldığını söyləyib. Yağış yağmadığı günlərdə susuzluğunu tısbağa qanı içərək yatırdığını deyən İvan, 2012-ci ildə yoldaşı ilə Meksikadan Salvadora getmək üçün yola çıxdıqlarını, lakin yoldaşının bir neçə ay sonra okeanda həyatını itirdiyini deyib. Bu səbəbdən də o depresiyaya düşərək, insanlar arasına çıxmaq istəməyib.

Yerli əhali hadisə barədə səlahiyyətlilərə məlumat verib. Xəstəxanaya yerləşdirilən İvan qısa müddətdə öz vətəninə göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə