Con Kerri: “Ukrayna müxalifəti Barak Obamanın tam dəstəyinə ümid edə bilər”
"Ukrayna müxalifəti ABŞ hökumətinin dəstəyinə ümid edə bilər". SİA-nın "İnterfax"a istinadən xəbərinə görə, bunu ABŞ dövlət katibi Con Kerri Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Onlar öz səylərinə və cəsarətinə görə ABŞ prezidenti Barak Obamanın və Amerika xalqının tam dəstəyinə ümid edə bilərlər" - deyə C.Kerri qeyd edib.
ABŞ dövlət katibi Ukrayna hakimiyyətinin razılıq verdiyi güzəştlərin "böhranı aşmaq üçün kifayət etmədiyini" vurğulayıb.
"Reuters"in məlumatına görə, C.Kerri Almaniyada Ukrayna müxalifətinin liderləri - "Batkıvşina"nın rəhbəri Arseni Yatsenyuk, "UDAR" partiyasının sədri Vitali Kliçko, müxalifəti dəstəkləyən biznesmen Pyotr Poroşenko və "Eurovision" mahnı müsabiqəsinin qalibi Ruslana Lıjiçko ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB