İnternet istifadəçilərinin 29 faizi internetə anonim daxil olur

İnternet istifadəçilərinin 29 faizi internetə anonim daxil olur

"GlobalWebIndex" şirkətinin araşdırmasına əsasən, hazırda internet istifadəçilərinin 29 faizi və ya 415 milyonu internetə anonim daxil olmağa üstünlük verirlər. Bunun üçün onlar müxtəlif VPN xidmətlər və proksi-serverlərdən istifadə edirlər.

Bu halda internetə anonim daxil olmağa üstünlük verən istifadəçilərin sayına görə lider Fransadır. Burada onlyan auditoriyanın 42 faizi internetə çıxış üçün anonim üsullardan istifadə edir. Bu göstərici üzrə ikinci yerdə Vyetnam, üçüncüdə isə Malayziya qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə