Dünyada 250 milyon uşaq nə oxuya, nə də yaza bilir

Dünyada 250 milyon uşaq nə oxuya, nə də yaza bilir

Dünyada 10 yaşına qədər olan uşaqların sayı 650 milyondur. Lakin onlardan ən az 250 milyonu nə oxuya, nə də yaza bilmirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu rəqəmlər BMT-nin Elm və Mədəniyyət Təşkilatının (UNESCO) hesabatında yer alıb.

Hesabatda bildirilir ki, 250 milyon uşaqdan 130 milyonu məktəbə ibtidai təhsil almağa getsə də, heç bir bilik almayıblar. 120 milyonu uşaq dərslərdə müntəzəm iştirak etmir, onlardan 57 milyonu dərsdən tamamilə kənar qalır.

Sənəddə qeyd olunub ki, bu cür savadsız uşaqlar hökumətlərə ildə 129 milyard dollara başa gəlir.

UNESCO bunun səbəbini münaqişə və yoxsulluq olan ölkələrdə kifayət qədər təcrübəli müəllimlərin olmamasında görür. Hesabatda həmçinin bildirilir ki, yalnız 193 ölkənin 1/3-ində ibtidai təhsil müəllimlərinin vəziyyəti qənaətbəxşdir.

Təşkilat həmçinin bildirir ki, təhsil böhranından çıxmaq üçün 2015-ci ilə qədər 5.2 milyon ixtisaslı müəllim işə cəlb olunmalıdır. Təşkilat həmçinin vurğulayır ki, uşaqların savadlanması ölkələrin iqtisadi vəziyyətinin yüksəlməsinə də təsir göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə