Yaponiyada tanınmış şirkətin məhsullara karbofos əlavə etmiş işçisi həbs olunub

Yaponiyada tanınmış şirkətin məhsullara karbofos əlavə etmiş işçisi həbs olunub

Yaponiyada tanınmış şirkətin istehsal etdiyi ərzaq məhsullarına pestisidlər əlavə etməkdə şübhəli bilinən işçisi həbs olunub.

Toşihiko Abe adlı həmin şəxs dondurulmuş pitsalar istehsal edən fabrikdə çalışıb. Təhqiqatın qənaətinə görə, o, yarımfabrikat məhsullara ən azı dörd dəfə zəhərli maddələr əlavə edib. Bunun nəticəsində təqribən üç min vətəndaş zəhərlənib.

Şirkətin prezidenti Maruha Nitiro bu barədə məlumat alan kimi istefa verəcəyini bildirib və təşkil olunmuş mətbuat konfransında zərərçəkənlərdən üzr istəyib. Bildirib ki, belə ağır cinayətlərə qadir olan şəxsi işə götürmək bizim ən böyük təqsirimizdir. Biz həqiqətən dərin xəcalət hissi keçiririk.

Dərin xəcalət hissi Yaponiyada mənəvi tərbiyənin əsas elementidir. Hadisənin əsas təqsirkarı hesab edilən şəxs isə polisin bildirdiyinə görə, heç bir xəcalət hissi keçirmir.

Qumma prefekturasında yerləşən zavodun məhsullarının tərkibində müəyyən edilmiş pestisid nümunələrinin həbs edilmiş 49 yaşlı Toşihiki Abenin mənzilindən tapılmasına baxmayaraq, o, bütün ittihamları rədd edir. Təhqiqatın nəticələrinə görə, təqsirkar kənd təsərrüfatında parazitləri məhv etmək üçün istifadə edilən karbofosu 2010-cu ilin oktyabrından bəri dörd dəfə yarımfabrikatlara əlavə edib.

Bütün ölkə üzrə zəhərlənənlərin sayı üç mindən çoxdur. Altı milyondan artıq məhsulun satışdan geri çağırılmasına baxmayaraq, zəhərlənmiş insanların xəstəxanaya yerləşdirilməsi üç ay davam edib.

Karbofos çörək qırıntılarının səpildiyi pelmen, pitsa və kotletlərdə aşkar edilib. Həmin məhsullar kəskin benzin iyi ilə seçilib və onları yeyənlərdə yüksək hərarət, ürəkbulanma və mədə pozğunluğu qeydə alınıb. Alıcıların səhhətində ciddi problemlərin yaranması barədə məlumat daxil olmasa da, şirkətin nüfuzuna çox böyük zərbə dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə