Ermənilərdən Fransua Ollanda TƏYZİQ

Ermənilərdən Fransua Ollanda TƏYZİQ

Parisdə toplanan erməni dərnəkləri Fransa prezidenti Fransua Ollandın bu gündən başlayan Türkiyə səfəri öncəsi Türkiyənin Avropa Birliyinə (AB) üzv olmasına etiraz edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhərin məşhur meydanlarından biri olan Trocaderoda toplaşan erməni dərnəkləri Türkiyənin qondarma "erməni soyqırımı"nı tanımadığını əsas göstərərək, Ollandı prezident seçilərkən Fransadakı ermənilərə verdiyi sözü tutmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə