Fransada etiraz

Fransada prezidentinin şəxsi həyatı ilə bağlı qalmaqallar fonunda, hökumətə qarşı kütləvi yürüş keçirib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Təşkilatçıların sözlərinə görə, etiraz aksiyasında 160 min insan iştirak edir. Lakin polis aksiyada 170 mindən artıq insanın iştirak etdiyini vurğulayıb.

Paris küçələrinə axışan 50-ə yaxın təşkilat və cəmiyyətin fəalları aksiyaya "Qəzəb günü" adı verib. "Fransızlar hiddətə gəlib" şüarlı plakat daşıyan etirazçılar, yüksək işsizlik səviyyəsi,vergilər, yaşayış üçün tələbatlar və fərdi azadlıqlarla bağlı problemlərdən gileylənib.

Polisin sözlərinə görə, aksiya iştirakçılarından 150 nəfəri saxlanılıb. Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb. Qarşıdurma nəticəsində 19 poliş işçisi ağır zədə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə