Suriya prezidentinin məsləhətçisi Buseynə Şaban bəyan edib ki, onun təmsil olunduğu hökumət müxalifətin nümayəndə heyətini rəsmən tanımamasına baxmayaraq, rəsmi Dəməşq "Cenevrə-2" danışıqlarını davam etdirməyə qərarlıdır. SİA İtar-Tass-a istinadən xəbər verir ki, Bəşər Əsədin məsləhətçisi qeyd edib ki, onlar Cenevrəyə Suriyanı sevdikləri üçün toplaşıblar: "Əgər biz Suriyanı sevməsəydik burada olmazdıq. Burada müxalifət nümayəndələrinin çox az qismi toplanıb. Ancaq biz danışıqları davam etdirəcəyik".
Suriya prezidentinin məsləhətçisi onu da əlavə edib ki, onlar Rusiya nümayəndə heyətindən nəyə görə müxalifətin digər qanadlarının təmsil olunmadıqlarını soruşublar: "Bizə bildirildi ki, ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın nümayəndə heyətinə söz verib ki, müxalifət qruplarının başqa təmsilçiləri də "Cenevrə-2" danışıqlarına qatılacaqlar".
Buseynə Şaban qeyd edib ki, hökumət ölkədəki terrorun qarşısını almaqdan ötrü hər şeyə hazırdır: "Biz terrorun qarşısının alınması istiqamətində əlimizdə olan bütün imkanlardan istifadə etməklə mövcud siyasi prosesə töhfəmizi verəcəyik. Suriya hökuməti terrorla mübarizədə sadiqliyini nümayiş etdirəəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB