Ukrayna milisi "Ukrayna evi"ni tərk etdi

Ukrayna milisi "Ukrayna evi"ni tərk etdi

Ukrayna milisi səhər saatlarında Kiyevdəki "Ukrayna evi"ni tərk edib. SİA Rusiyanın İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

"Nazirin qərarına görə, binadakı ehtiyat qruplar oranı tərk ediblər. Etirazçılar milis qüvələrini təxribata çəkməyə cəhd göstəriblər. Lakin milis qüvvələri buna getməyərək, sonda "Ukrayna evi"ni tərk ediblər."-deyə sözügedən məlumatda bildirilir.

Eyni zamanda qeyd olunur ki, müxalifətçilərin əsas məqsədi hüquq-mühafizə əməkdaşlarını əsir götürmək və onların müqabilində həbsdə olan Maydan tərəfdarlarını azad etməkdən ibarət olub.

"Binaya hücum edənlər qapı və pəncərələri qırıb və içəri daxil olublar. Lakin milis qüvvələri son ana qədər müqavimət göstərərək onları daha irəliyə buraxmayıblar. Nəticədə danışıqlara başlanılıb və üç saatlıq danışıqlardan sonra milis oranın ərazisini tərk edib"-deyə digər xəbərdə qeyd olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə