Suriya ordusu 17 nəfəri öldürdü

Suriya ordusu 17 nəfəri öldürdü

Suriya ordusuna aid vertolyot və döyüş təyyarələrinin barrel və vakuum bombaları ilə təşkil etdiyi hücumlarda 17 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumat yayıb. Məlumata əsasən, hadisə Hələbin Mərcə, Karmi Meysar və Şeyx Nacar sənaye bölgələrində baş verib. Dağıntıların altından çox sayda yaralı çıxarılıb.

Qeyd edək ki, ötən gün döyüş təyyarələri paytaxt Dəməşqin Xan Şeyx bölgəsini 10-dan çox barrel bombası ilə vurub, əhali ətraf ərazilərə köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə