Yanvarın 25-də qeyd olunan, Prezident Hüsnü Mübarək rejiminə qarşı xalq üsyanının üçüncü ildönümü, eləcə də Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının peşə bayramı ərəfəsində Misirin paytaxtında üç partlayış baş verib.
Misirin paytaxtından verilən məlumata görə, ilk partlayış sübh tezdən Qahirə təhlükəsizlik idarəsinin binası yaxınlığında baş verib. DİN-in ilkin məlumatına görə, intiharçı-terrorçu idarə etdiyi avtomobili təhlükəsizlik idarəsinə yaxınlaşdıraraq partladıb. Dörd nəfər həlak olub, 76 nəfər yaralanıb. Yaralıların 68-i ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İkinci partlayış Gizənin Dokka rayonunda baş verib. Partlayıcı qurğu metro stansiyası yaxınlığındakı polis məntəqəsinin yanında işə düşüb. Bir nəfər həlak olub, 15 nəfər yaralanıb. Xəsarət alanların hamısı təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
Üçüncü partlayış da Gizədə baş verib. Xoşbəxtlikdən, heç kim zərər çəkməyib.
Hökumət orqanları Qahirədə və Gizədə bır sıra mərkəzi yolları və meydanları bağlayıblar. Avtonəqliyyatlara ciddi baxış keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB