Tailandda 27 ilin ən soyuq havaları müşahidə olunur. Belə ki, uzun müddətdir davam edən soyuq hava nəticəsində 63 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin metrologiya departamenti məlumat yayıb.
Bildirilib ki, həlak olanların əksəriyyəti kişidir. Ölümə səbəb isə soyuqdəymənin əmələ gətirdiyi ağır fəsadlardır.
Sinoptiklərin sözlərinə görə, gecə saatlarında temperatur 4 dərəcəyə qədər enir. Bu gün Tailandda gündüz saatlarında 15.6 dərəcə isti qeydə alınıb. Sinoptiklər bildiriblər ki, Tailandda bu cür aşağı temperatur 30 il bundan qabaq qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB