Avtobus dərəyə yuvarlandı: 19 nəfər öldü

Avtobus dərəyə yuvarlandı: 19 nəfər öldü

Türkiyənin Kayseri vilayətində çox sayda sərnişinin ölümü ilə nəticələnən ağır avtobus qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Pınarbaşı rayonu yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən maşınlar və xilasedici qrup göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə