Moskvanın Domodedovo hava limanında Rusiyanın Pskov şəhərindən gələn AN-24 sərnişin təyyarəsi uçuş zolağından kənarda yerə enib.
"Pskovavia" şirkətinə məxsus olan və Pskov-Moskva reysini həyata keçirən təyyarədəki 17 sərnişin və heyət üzvü arasında zərərçəkən yoxdur.
Rusiya mətbuatının verdiyi xəbərə görə, hava limanının işində fasilə yaranmayıb.
Hadisənin səbəblərini aydınlaşdırmaq üçün komissiya yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB