Fransa prezidenti Fransua Olland türkiyəli həmkarı Abdullah Gülün dəvəti ilə Türkiyədə səfərdə olacaq. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, səfər yanvarın 27-28-də olacaq. Məlumatda qeyd edilib ki, bu, son 22 il ərzində Fransa prezidentinin Türkiyəyə ilk səfəri olacaq.
Səfər zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri, habelə Avropa İttifaqı-Türkiyə əlaqələri müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB