"2 milyondan çox suriyalılar evlərini tərk edərək başqa ölkələrdə qaçqın kimi yaşayırlar. Türkiyə isə 700 min suriyalı qardaşına qucaq açıb. Bu açıq qapı siyasətimizi suriyalıların etibarlı evləri olana qədər davam etdirəcəyik". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Cenevrə-2" sülh konfransında çıxışı zamanı deyib.
Milyonlarla insanın ac saxlanılaraq ölməsi məsələsinə toxunan XİN rəhbəri deyib: "İnsanları ac saxlamaq ən böyül döyüş silahıdır. Bu insanlığa sığan hal deyil və həmin kəslər mütləq cəzalandırılmalıdır. BMT tərəfindən qəbul edilən insan hüquqlarının pozulması faktına ən çox Suriyada rast gəlinir. Anadolu agentliyinin Suriyada həlak olan 11 mindən çox insanın amansızlıqla qətlə yetirildiyini özündə əks etdirən şəkillərə baxdıqca insanın nitqi quruyur. Bütün baş verənlər insanlığa ziddir və bunu törədənlər mütləq layiqli cəzasını almalıdır".
Davudoğlu həmçinin bəyan edib ki, Suriya rejiminin "tör-töküntü"ləri ölkənin keçid hökumətinə daxil olmamalıdırlar: "Ankara həmişə Suriya böhranının dinc yolla nizamlanmasına çalışıb. Suriya hökuməti ölkənin dinc əhalisini terrorizmdə ittiham edir. Suriya hökumətinin sözündən belə çıxır ki, ölkəni tərk etmiş 4,2 milyondan çox suriyalı terrorçudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB