Gürcüstanın yeni baş prokuroru təyin olunub

Gürcüstanın yeni baş prokuroru təyin olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ədliyyə nazirinin təqdimatı əsasında ölkənin baş prokuroru vəzifəsinə Georgi Badaşvilini təyin edib.

Yeni baş prokuror 1981-ci ildə anadan olub, 2003-cü ildə Gürcüstan Politexnik Universitetinin hüquq fakültəsini bitirib. Gürcüstan Baş Prokurorluğunda, Daxili İşlər Nazirliyində məsul vəzifələrdə çalışıb. Rus və ingilis dillərini bilir.

Gürcüstanın sabiq baş prokuroru keçən il dekabrın 30-da istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə