Zavodda partlayış: 2 nəfər ölüb

Zavodda partlayış: 2 nəfər ölüb

ABŞ-da zavodda baş verən partlayış nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış Nebraska ştatının Omaxa şəhərində yerləşən zavodda partlayış baş verib. 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

Partlayış heyvanlar üçün yem istehsal edən "İnternational Nutrition" zavodunda olub. Partlayış zamanı zavodda 38 nəfər olub.

Qeyd edək ki, zavodun dağılma təhlükəsi olduğuna görə, xilasedicilər əməliyyatı dayandırmaq məcburiyyətində qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə