Dünyada işsizlərin sayı 2013-cü ildə 5 milyon nəfər artıb

Dünyada işsizlərin sayı 2013-cü ildə 5 milyon nəfər artıb

Dünyada işsiz insanların sayı 2013-cü ildə 5 milyon nəfər artaraq təxminən 200 milyon nəfər çatıb. Bu barədə Beynəlxalq Əmək Təşkilatının hazırladığı "Məşğulluğun qlobal tendensiyaları - 2014" məruzəsində deyilir.

Ekspertlərin fikrincə, bu vəziyyətin səbəbi qlobal əmək bazarında yaxşılaşdırmanı təmin etməyi bacarmamış zəif iqtisadi artımdır.

Dünyada işsizliyin orta səviyyəsi 2013-cü ildə 6,1 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə