Ukraynanın Kiyev şəhərində xüsusi təyinatlılar və daxili qoşunların əsgərləri ilə nümayişçilər arasında toqquşmada zərərçəkənlərin sayı 200-ə çatıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Şəhər administrasiyasının sözlərinə görə, etiraz aksiyasında iştirak edən 103 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib. Onlardan 42 nəfər xəstəxanaya yerləşdirilib. 4 nəfər ağır. digərləri isə nisbətən yüngül dərəcəli zədə alıb.
Həmçinin bildirilib ki, toqquşma nəticəsində 100-ə yaxın daxili işlər orqanının işçisi zərər çəkib. Onlardan 61 nəfəri xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB