Cənubi Sudanın sərhəd bölgələrindən Bәyaz Nil əyalətinə sığınan ailələr, təməl qida maddələrindən və sağlamlıq xidmətlərindən məhrum vәziyyәtdә yaşayırlar. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ölkələrindəki qarşıdurmalar səbəbi ilə Sudana pәnah gətirən Cənubi Sudanlılar, şəkər qamışı yeyərək həyatlarını davam etdirmәyә çalışırlar.
Rəsmi hesabatlara görə, Cənubi Sudan ordusu və keçmiş vitse-prezident Rieke Machar-a sadiq qüvvәlәr arasında baş verәn qarşıdurmalar səbəbi ilə Bәyaz Nil əyalətinə sığınan təxminən 3 min nәfәrin əksəriyyəti qadın və uşaqlardan ibarәtdir.
BMT qarşıdurmalar səbəbi ilə ölkəni tәrk edәn Cənubi Sudanlıların sayının 78 minə çatdığını, 355 min nәfәrin isә daha tәhlükәsiz yer tapa bilmәk üçün evindәn ayrıldığını, qarşıdurmalarda mindən çox insanın həyatını itirdiyini bildirmişdi. Ancaq bölgədəki qaynaqlar hәyatını itirәnlәrin sayının on minə çatdığını qeyd edirlәr.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB