98,1 faiz seçici Misirin yeni konstitusiya layihəsinə səs verib

98,1 faiz seçici Misirin yeni konstitusiya layihəsinə səs verib

Misirin Ali Seçki Komissiyası ölkənin yeni konstitusiyasına dair yanvarın 14-15-də keçirilmiş ümumxalq referendumunun rəsmi yekunlarını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, seçkinin yekunlarını Misirin Ali Seçki Komissiyasının sədri Nabil Səlib elan edib. Məlumatda bildirilib ki, səsvermədə iştirak etmiş seçicilərin 98,1 faizi Misirin yeni konstitusiyasına səs verib.Səsvermə hüququna malik olanların sayı 53 milyon 423 min 485 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə