Stokholm 2022-ci il Qış Olimpiadasına ev sahibi olmaq iddiasından imtina edib
Zəruri iqtisadi baza olmaması səbəbindən Stokholm 2022-ci ildə Qış Olimpiya Oyunlarının ev sahibi olmaq üçün namizədliyini geri götürüb. Bunu İsveç paytaxtının meri Sten Norvin bəyan edib.
Sydsvenskan.se saytı Norvinin aşağıdakı sözlərini sitat gətirir: "Hazırda mən Olimpiadaya hazırlığı şəhər şurasının əsas prioritetinə çevirməyi tövsiyə edə bilmərəm. "Hə" demək "yox" deməkdən həmişə xoşdur, lakin bizim belə çətin qərarlar qəbul etməyə haqqımız var".
Beləliklə, həmin yarışların keçirilməsinə beş namizəd qalıb: Almatı (Qazaxıstan), Pekin (Çin), Krakov (Polşa), Lvov (Ukrayna) və Oslo (Norveç).
2022-ci il Qış Olimpiya Oyunlarının paytaxtı 2015-ci il iyulun 30-da Kuala-Lumpurda (Malayziya) Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında seçiləcək.
2018-ci ildə Qış Olimpiya Oyunlarına Cənubi Koreyanın Pxençxan şəhəri ev sahibliyi edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB