Misirdə Sinay yarımadasının şimalında naməlum şəxslər qaz kəmərini partladıb. Hadisə Əl-Ariş şəhəri yaxınlığında baş verib.
Partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Xəsarət alanlar haqqında məlumat yoxdur.
Yerli güc strukturlarının məlumatına əsasən, ekstremistlər məsafədən idarə olunan partlayıcı qurğunu qaz magistralının altına qoyublar.
Hadisə yerində yanğınsöndürənlər və qaz üzrə mütəxəssislər işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB