Türkiyənin Ermənistan ilə əlaqələrinin normallaşması Dağlıq Qarabağ probleminin ədalətli həllindən asılıdır

Türkiyənin Ermənistan ilə əlaqələrinin normallaşması Dağlıq Qarabağ probleminin ədalətli həllindən asılıdır

Türkiyənin Ermənistan ilə əlaqələrinin normallaşması Dağlıq Qarabağ probleminin ədalətli həllindən asılıdır. Bu fikirlər Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) İstanbulda keçirdiyi "dəyirmi masa"da səslənib.

HASEN-in Siyasət və Sosial Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent Bəkir Günayın moderatorluğu ilə aparılan müzakirələrdə professorlar Bülənd Aras və Kamer Kasım, dosent Vüqar İmanbəyli Türkiyə və Azərbaycanın bədnam qonşusu Ermənistan ilə münasibətlərin gələcəyi haqqında fikirlərini bölüşüblər.

Professor Bülənd Arasın sözlərinə görə, Cənubi Qafqaz regionunda praqmatik siyasət aparan yeganə dövlət Azərbaycandır. İqtisadi və hərbi qüdrəti getdikcə artan Bakının beynəlxalq aləmdə də nüfuzu güclənir. Bunun əksinə, Ermənistan daha da yoxsul və təcrid olunmuş vəziyyətə düşür.

Professor Kamer Kasım Dağlıq Qarabağ problemi və 1915-ci il hadisələri prizmasından Türkiyə və Azərbaycanın Ermənistan ilə münasibətlərini dəyərləndirib. "Soyqırımı" iddialarının sözdə rəsmi Yerevanın siyasətinin bir parçası olduğunu vurğulayan natiq bildirib ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyənədək Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasından söhbət gedə bilməz.

"Dəyirmi masa" iştirakçıları Azərbaycanın Türkiyədəki sərmayələri, TANAP layihəsinin əhəmiyyəti və "Şahdəniz" təbii qazının Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcəyindən də söhbət açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə