Misirdə yeni konstitusiyanın qəbulu ilə bağlı keçirilən 2 günlük referendumun ilk günündə baş verən toqquşmalarda 10 nəfər ölüb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, "Müsəlman qardaşlar" hərəkatı Qahirədə keçirilən səsverməni dağıtmağa cəhd edərkən yerli sakinlərin müqaviməti ilə üzləşiblər və nəticədə 5 nəfər həlak olub.
Digər ölənlər Soxaq şəhərində referenduma səsverməyə gedənlərə qarşı açılan atəş nəticəsində dünyasını dəyişiblər.
Qeyd edək ki, referendumun ilk günü 140 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB