İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) analitiklərinin hesablamalarına görə, Hindistan istisna olmaqla dünyanın ən böyük iqtisadiyyatları bu il inkişaf sürətini artıracaqlar.
Bütün ölkələrdə qabaqlama indikatorları indeksləri 100 bəndi keçib ki, bu da iqtisadiyyatın bərpası deməkdir.
Dərc olunmuş məlumatlar Böyük Britaniya, ABŞ və Yaponiyada inkişaf sürətinin artdığını göstərir. Daha sonra Almaniyada, ilin sonuna yaxın isə digər Avropa ölkələrində canlanma olacaq.
Məsələn, İtaliya artıq üçüncü rübdə ikillik resessiyaya son qoyaraq müsbət iqtisadi inkişaf sürəti nümayiş etdirə bilər.
Son məlumata görə, noyabr ayında İtaliyada sənaye istehsalının həcmi ardıcıl olaraq üç ay artmaqda davam edib.
İƏİT-in analitikləri belə güman edirlər ki, iqtisadi artım monetar tənzimləyiciləri öz pul-kredit siyasətini dəyişməyə vadar etməyəcək. İnflyasiyanın ABŞ-a və avrozonaya təzyiqi aşağı səviyyədə qalır ki, bu da Federal Ehtiyat Sisteminin və Avropa Mərkəzi Bankının cari yanaşmanı qoruyub saxlamasına imkan verir.
Məsələn, İtaliyada inflyasiyanın sürətinin cüzi surətdə azalması – 0,8 faizdən 0,7 faizə, Böyük Britaniyada isə - 2,2 faizdən 2,1 faizə enməsi qeydə alınıb.
İnkişaf etməkdə olan iqtisadiyyatların dinamikası müxtəlif ölkələrdə müxtəlif cürdür.
İƏİT-in məruzəsində deyilir: "Qabaqlama indikatorları indeksi göstərir ki, inkişaf etməkdə olan ölkələr arasında ən sürətli inkişaf Çində müşahidə olunmaqdadır.
Braziliya və Rusiya mövcud qaydada inkişaf edəcək, Hindistanın inkişaf sürəti isə nisbətən ləng olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB