Norveçin Lonqyir şəhəri dünyanın ən şimal şəhəri hesab edilir. Ölkənin inzibati mərkəzi sayılan Svalbard əyalətinin ən böyük yaşayış məntəqəsi olan şəhər qışda demək olar ki, ölü məkanına çevrilir.
Şəhərin qeyri-adi qanunları mövcuddur. Bunlardan biri də şəhər ərazisində ölməyin qadağan edilməsidir. Əgər kimsə ağır xəstəliyə yoluxubsa və ya öləcəksə, xəstə dərhal hava və su yolu ilə Norveçin digər hissəsinə göndəriləcək. Hətta ölüm hadisəsi şəhərdə olsa belə, mərhumu şəhərdən kənara çıxaracaqlar.
Bunun əsas səbəbi isə ölən adamın soyuq şimal şəraitində tamamilə çürüməməsi və nəticədə ağ ayı kimi yırtıcıların şəhərə doğru diqqətinin artmasıdır.
Ümumiyyətlə bu yerlər ayı məkanı hesab edilir. Buna görə də yerli universitetdə dərslərin ilk günlərində tələbələrə atıcılıq öyrədilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB