Obama İrana qarşı yeni iqtisadi sanksiyaların əleyhinədir

Obama İrana qarşı yeni iqtisadi sanksiyaların əleyhinədir

ABŞ prezidenti Barak Obama İspaniyanın baş naziri Mariano Raxoyla görüşü zamanı bir daha qeyd edib ki, o, İrana qarşı yeni iqtisadi sanksiyaların əleyhinədir.

B.Obama deyib ki, Amerika konqresi tərəfindən sanksiyaların tətbiq edilməsi vaxtında görülmüş tədbir deyildir.

Onun sözlərinə görə, bəhrə verə biləcək diplomatiyaya imkan yaratmaq lazımdır. Bundan əvvəl o, İranın nüvə proqramına dair sazişi həyata keçirməyə başlayacağı halda onun barəsində iqtisadi sanksiyaların "yavaş-yavaş zəiflədiləcəyini" vəd edib.

ABŞ prezidenti İranı əldə olunmuş sazişin şərtlərini yerinə yetirməyə məcbur etmək üçün Tehran barəsində yeni sanksiyaların tətbiq olunmasını tələb edən konqresin təzyiqinin qarşısını almağa məcbur olub.

B.Obama xəbərdarlıq edib ki, hətta konqres yeni sanksiyaları bəyənsə belə, o bu cür qanun layihəsi üzərində veto qoyacaq.

Eyni zamanda, onun sözlərinə görə, razılaşmalar İran tərəfindən pozularsa, ABŞ embarqonu sərtləşdirməyə hazırdır.

KİV-lər ABŞ hökumətində anonim mənbəyə istinadən xəbər veriblər ki, İran 2014-cü il fevralın 1-də xaricdə özünün başı bağlanmış aktivlərinin ilk 550 milyon dollarından istifadə edə biləcək. Bu fondların ümumi həcmi 4,2 milyard dollardır.

İran və "beynəlxalq altılıq" (ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya) 2013-cü il noyabrın 24-də Cenevrədə nüvə proqramına dair aralıq saziş bağlayıblar. İran nüvə məsələsinə dair danışıqların 2014-cü ilin fevralında tam formatda bərpa ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə