Türkiyə Rumıniya üçün Avropa İttifaqı ölkələrindən sonra bir nömrəli iqtisadi tərəfdaşdır

Türkiyə Rumıniya üçün Avropa İttifaqı ölkələrindən sonra bir nömrəli iqtisadi tərəfdaşdır

Rumıniyanın Ticarət və Sənaye Palatasının sədr müavini Sorin Dumitriu Buxarestdə keçirilən Rumıniya-Türkiyə İqtisadi Forumunda bildirib ki, Türkiyə Rumıniya üçün Avropa İttifaqı ölkələrindən sonra bir nömrəli iqtisadi tərəfdaşdır.

Tədbirdə Balkan Sənaye və İş Adamları Assosiasiyasının üzvləri, türk iş adamları iştirak ediblər.

2013-cü ilin statistikasına görə, Türkiyə ilə Rumıniya arasında ticarət dövriyyəsi dörd milyard avroya çatıb. Türkiyə Rumıniyaya qoyulan sərmayələrin sayına görə 16-cı yerdədir. Hazırda Rumıniyada türk kapitalı olan 14 min firma fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə