Ailədaxili münaqişə 3 yaşlı uşağı xəstəxanalıq etdi HADİSƏ

Ailədaxili münaqişə 3 yaşlı uşağı xəstəxanalıq etdi HADİSƏ

Ailədaxili münaqişə 3 yaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Sankt-Peterburq şəhərinin Tixvin bölgəsində baş verib. 3 yaşlı uşaq kəllə beyin travması ilə yerli xəstəxanaların birinə yerləşdirilib. Hazırda uşaq reanimasiya şöbəsində saxlanılır, həkimlər uşağın vəziyyətini ağır qiymətləndirirlər.

İlkin məlumata görə, hadisə baş verən gün ailənin başçısı, xanımı, 9 yaşlı qızı və 3 yaşlı oğlu evdə olublar. Valideynlər arasında qarşıdurma yaşanıb və nəticədə 3 yaşlı uşaq beynindən zədə alıb. Hazırda faktla bağlı Rusiyanın Daxili İşlər Nazirliyinin Sankt Peterburq şəhəri üzrə istintaq orqanları tərəfindən araşdırılma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə