Yunanıstanda iki millət vəkili həbs olunub

Yunanıstanda iki millət vəkili həbs olunub

Yunanıstanda qanundan kənar fəaliyyətlə məşğul olduqlarına və qatı milliyətçilikdə günahlandırılaraq saxlanılan "Qızıl Şəfəq Partiyası"ndan olan millət vəkilləri Yorgos Germenis ve Panayotis İlyopulos çıxarıldıqları məhkəmədə həbs olunublar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onların yaxın saatlarda Koridalos həbsxanasına aparılması gözlənilir.

Qeyd edək ki, Yunanıstanda qanundan kənar fəaliyyətlə məşğul olduqlarına görə "Qızıl Şəfəq Partiyası"ndan olan millət vəkilləri ötən ilin oktyabrın 3-də saxlanılmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə