Rəsmi Seul ABŞ hrəbi kontingentinin saxlanmasına 866 mln.dollar ayırıb

Rəsmi Seul ABŞ hrəbi kontingentinin saxlanmasına 866 mln.dollar ayırıb

Cənubi Koreya hökuməti ölkə ərazisinə dislokasiya olunmuş ABŞ hərbçilərinin saxlanmasına 866 milyon dollar vəsait ayıracağını bəyan edib. SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Honq Konqun "South China Morninq Post" qəzeti yazıb. "Rəsmi Vaşinqtonla bir neçə ay aparılan danışıqlardan sonra Rəsmi Seul ölkə ərzaisində dislokasiya olunmuş Amerika hərbçilərinin saxlanması istiqamətində 866 milyon dollar xərcləəyəcək"-deyə Honq Konq nəşri yazır. Xəbərdə o da qeyd edilib ki, hazırkı məbləğ ötən ilki məbləğdən 5,8 faiz artıqdır.

Qeyd edək ki, Seul və Vaşinqton hərbi əməkdaşlıq çərçivəsində 2013-cü ilin iyulunda saziş imzalayıb. Hazırda Cənubi Koreyada 28 min ABŞ hərbçisi mövcuddur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə