Liviyanın sənaye nazirinin müavini öldürüldü

Liviyanın sənaye nazirinin müavini öldürüldü

Yanvarın 12-nə keçən gecə Liviya sənaye nazirinin müavini Həsən əl-Duriyə qarşı sui-qəsd törədilib. İnsident paytaxt Tripolidən 500 km şərqdə yerləşən Sirt şəhərində baş verib. SİA Vesti.ru-ya istinadən xəbər verir ki, bu Müəmmar Qaddafinin devrilməsindən sonra Liviyada hökumət nümayəndəsinə qarşı törədilən ilk sui-qəsd hadisədir.

Hazırda Liviyada kəskin siyasi krizis yaşanır və vətəndaş müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq hələ də qarşıdurmalar yaşanmaqdadır. Keçmiş silahlıların əksəriyyəti mərkəzə tabe olmaqdan imtina edir və mövcud olduqları əraziləri öz nəzarətləri altında saxlayırlar.

2013-cü ilin dekabrında isə yüzlərlə etirazşı Liviyanın Tripolidəki mərkəzi bankını ələ keçirərək, hökumətin istefasını tələb edirlər. Silahlı etirazçılar Liviyanın əsas neft limanlarını da blokadada saxlamaqdadırlar ki, bu faktor hökumətin iqtisadi siyasətini reallaşşdırmağa imkan vermir. Məhz bu səbəbdən xarici investorlar Liviya ilə hər hansı iqtisadi anlaşmalara getməkdə tərəddüd edirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə