Temza çayı daşdı

Temza çayı daşaraq məcrasından çıxıb və Londonun qərb hissəsini, eləcə də Oksfordşir, həmçinin Bakinqemşir ərazilərini cənginə alıb. SİA "Rossiya-24" kanalına istinadən xəbər verir ki, avtomobil yolları və yüzlərlə ev su altına qalıb. Buna səbəb isə Birləşmiş Krallıqda davam edən uzunmüddətli yağışların olduğu bildirilir.

Lakin təhlükəni əvvəlcədən hiss edən insanlar onlara lazım olan əşyaları zamanında kənara çıxarmağa müvəffəq olublar. Bundan əlavə, qumla doldurulan torbalar Temza çayının kənarlarına yerləşdirilib.

Sinoptiklər isə əhalini hələ ki, geri qayıtmamağı tövsiyə ediblər. Belə ki, adıçəkilən ərazilərdə növbəti daşma təhlükəsi gözlənilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə