BOK Hindistan idmançılarının öz ölkəsinin bayrağı altında çıxış etmələrinə qadağa qoyub
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2012-ci ilin dekabr ayında Hindistan Milli Olimpiya Komitəsini (MOK) diskvalifikasiya edib. O vaxt Hindistan dövləti bu təşkilatın rəhbərinin seçkilərinə müdaxilə edib və bununla əlaqədar, BOK həmin seçkiləri etibarsız saymışdı.
Beynəlxalq Olimpiya Komitəsini qərarına əsasən Hindistan idmançıları Soçi Olimpiya Oyunlarında olimpiya bayrağı altında çıxış edəcəklər.
BOK-un bəyanatında deyilir: "Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının dekabr ayında qəbul etdiyi qərara uyğun olaraq Soçi Olimpiya Oyunlarında çıxış edəcək Hindistan idmançılarının bu yarışlarda Olimpiadanın müstəqil iştirakçıları kimi olimpiya bayrağı altında çıxış etmələri üçün bütün zəruri tədbirlər görüləcək".
BOK Hindistan Milli Olimpiya Komitəsindən olan məmurların Dehlidə 2010-cu il Birlik oyunlarının keçirilməsi ilə bağlı korrupsiyada da əli olmasından şübhələnir.
Hindistan MOK 2014-cü il olimpiadası başlanana qədər yeni seçkilər keçirilməsini təşkil edə bilmədiyinə görə BOK Hindistan idmançılarının Soçidə müstəqil idmançılar kimi yarışmasını qərara alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB